ÜST “Qlobal fövqəladə vəziyyət”i ləğv etdi, amma Çin razı olmadı
Çin Milli Səhiyyə Komissiyasının bəyanatında qeyd edilib ki...
1984249

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus (Covid-19) səbəbilə elan edilən “Qlobal fövqəladə vəziyyət”i ləğv etdi.
Çin “Covid19”u "B sinif epidemiyası" kimi təsnif etməyə davam edəcəyini açıqladı.
Çin Milli Səhiyyə Komissiyasının bəyanatında o qeyd edilib ki, ÜST-ün qərarı qlobal riskin aradan qalxması demək deyil.
Komissiya Çinin artıq “Covid-19”u “B sinif epidemiyası” kimi təsnif etdiyini və bu çərçivədə tədbirlərin davam etdiriləcəyini açıqlayıb.
Açıqlamada virusun hələ də mutasiyaya uğradığı və yerli səviyyədə yayıldığı qeyd edilib.
Yaponiya isə “Covid-19”u “Mövsümi qrip kateqoriyası”na salıb və ölkədə koronavirus üçün karantin prosedurları ləğv edilib.