Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyindən verilən məlumatda bildirilib.

1983437

Məlumatda Rusiya tərəfindən əsir götürülən daha 45 əsgərin azad edildiyi ifadə edilib.
“Azad edilənlərdən  42-si kişi, 3-ü qadındır'',-deyə məlumatda vurğulanıb.
Məlumatda  qeyd olunub ki, əsir mübadiləsi Ukrayna Prezidenti Administrasiyası, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi, Ukrayna Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə səyləri nəticəsində həyata keçirilib.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın əsir götürdüyü 3 rus əsgərinin azad edildiyi bildirilib.
Azad olunan əsgərlərə lazımi tibbi və psixoloji yardımın göstərildiyi, bu əsgərlərin müalicə olunmaq üçün Rusiya Müdafiə Nazirliyinin səhiyyə müəssisələrinə aparılacağı qeyd edilib.

Әlaqәli Xәbәrlәr