Ruandada sel və torpaq sürüşməsi, 129 nəfər ölüb

Ruandada çərşənbə axşamından bəri davam edən leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 129 nəfər həyatını itirib.

1982415
Ruandada sel və torpaq sürüşməsi, 129 nəfər ölüb

TRT  xəbər  verir   ki  bu  barədə  Ruanda fövqəladə halların idarə edilməsi üzrə  nazir Marie Solange Kayisire məlumat  yayıb. 

Bildirilir  ki,  ölkənin qərb və şimal əyalətlərində leysan yağışlar nəticəsində torpaq sürüşməsi və daşqınlarda 129 nəfər həyatını itirib.  Axtarış-xilasetmə işlərinin  davam  etdiyi  fəlakət  bölgəsində   bir çox ev yararsız hala düşüb. Əkin  sahələrinə  ziyan dəyib.

Həyatını  itirənlərdən  bəzilərinin   evlərində   qapalı  qaldıqlarını   deyən   nazir Kayısıre, fəlakətdən ən çox zərər çəkmiş bölgələrin Ngororero, Rubavu, Nyabihu, Rutsiro və Karongi  olduğunu sadalayıb  və  bu   ərazilərə   çadır  başda  olmaqla   təcili  yardım   materyalların   çatdırılmağa  başlandığını  qeyd  edib.   



Әlaqәli Xәbәrlәr