Fransada pensiya yaşının 62-yə endirilməsi ilə bağlı referendum tələbi rədd edildi

Fransa Konstitusiya Şurası pensiya yaşının 62-yə endirilməsi ilə bağlı referendum tələbini rədd edib.

1982359
Fransada pensiya yaşının 62-yə endirilməsi ilə bağlı referendum tələbi rədd edildi

Fransa Konstitusiya Şurası millət vəkillərinin pensiya yaşının 62-yə endirilməsi ilə bağlı referendumun keçirilməsi tələbini rədd edib.

Konstitusiya Şurasının məlumatına görə, Fransanın keçmiş baş naziri Loran Fabiusun sədrlik etdiyi və ümumilikdə 9 üzvdən ibarət Konstitusiya Şurası pensiya yaşının aşağı salınması ilə bağlı referendumun keçirilməsi tələbini müzakirə edib.

Referendum tələbinin Fransa konstitusiyasının 11-ci maddəsinə əsasən “islahat” təşkil etmədiyi səbəbi ilə rədd edildiyi qeyd olunub.

Konstitusiyanın 11-ci maddəsinə əsasən, prezident və müəyyən sayda millət vəkili Fransanın iqtisadi və ya sosial siyasətində islahatlar təklif edə bilərlər.

Bu arada, həmkarlar ittifaqları iyunun 6-da pensiya islahatlarına qarşı 14-cü kütləvi nümayiş keçirəcək.

Pensiya islahatının ləğvi ilə bağlı qanun layihəsi iyunun 8-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, Pensiya islahatının əleyhinə olan 253 millət vəkili pensiya yaşının 62-yə endirilməsi ilə bağlı referendum keçirilməsi tələbini aprelin 13-də Konstitusiya Şurasına təqdim etmişdi.



Әlaqәli Xәbәrlәr