Avropa ölkələrində narkotikdən istifadə miqdarı

Avropa Narkotiklər və Narkomaniya üzrə Monitorinq Mərkəzinin (EMCDDA) 2022-ci ildə apardığı araşdırmaya əsasən...

1981180
Avropa ölkələrində narkotikdən istifadə miqdarı

 

  Son illər Avropa ölkələrində müsadirə edilən narkotiklərin miqdarı ilə birlikdə ondan istifadənin artması da həyəcanverici səviyyədə davam edir.

  “Avropa İttifaqının ürəyi” sayılan Belçikanın paytaxtı Brüsselin bir sıra mərkəzi metro stansiyalarında, Fransanın paytaxtı Parisin 18-ci rayonu Port-de-la-Şapeldə (Porte de La Chapelle), Kölndəki tarixi kilsə və mərkəzi qatar stansiyası ətrafında, Almaniyada Berlin və Kroysberq (Kreuzberg) səmtindəki Görlits parkının yanında, Hollandiyanın paytaxtı Amsterdam və İngiltərənin paytaxtı London kimi bir çox böyük şəhərlərin mərkəzi rayonlarında narkotik aludəçiləri və tacirlərini görmək mümkündür.

  Narkotik alverçiləri bu zəhərli maddələri Latın Amerikasından Avropaya bir çox üsullarla, ilk növbədə Belçikanın Antverpen və Hollandiyanın Rotterdam limanları vasitəsilə gətirirlər və dəstələr onları paylayır.

  2022-ci ildə “Covid-19” epidemiyası zamanı çox ciddi şəkildə azalan istehlak 2021-ci ildən etibarən artmağa davam edir.

  Avropa Narkotiklər və Narkomaniya üzrə Monitorinq Mərkəzinin (EMCDDA) 2022-ci ildə apardığı araşdırmaya əsasən, Belçika, Hollandiya, Portuqaliya və İspaniyanın 38 şəhərində kokaindən istifadə artıb. Belçikanın Antverpen şəhəri kokainin ən çox istifadə edildiyi şəhər sayılıb.

  EMCDDA-nın "2022-ci il Avropa narkotik hesabatı"na əsasən, Aİ-də böyüklərin 83,4 milyonu (29 faizi) əvvəllər qeyri-qanuni narkotikdən istifadə edib. Marixuana hələ də ən çox istehlak edilən narkotikdir və 22 milyondan çox avropalının son bir ildə ondan istifadə etdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr