Əl-Qaidə Yəmənin Ebyen şəhərində törədilən hücumlara görə məsuliyyəti öz üzərinə götürdü
Əl-Qaidə sosial media hesabları vasitəsilə Ebyendə törədilən hücumlarla bağlı açıqlama yayıb.

Terror təşkilatı Əl-Qaidə Yəmənin cənubundakı Ebyen şəhərində törədilən və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi Cənub Keçid Şurasının (GGK) yüksək rütbəli komandirinin ölümü ilə nəticələnən hücumlara görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqladı.
Əl-Qaidə sosial media hesabları vasitəsilə Ebyendə törədilən hücumlarla bağlı açıqlama yayıb. Terror təşkilatı Ebyendə törədilən hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.
Məlumata görə, hücum zamanı Cənub Keçid Şurasına tabe olan Hizam Emni qüvvələrinə məxsus avtomobilinin hədəf alındığı bildirilib. Hücum zamanı bir nəfər həyatını itirib, 2 nəfər də yaralanıb.
Әlaqәli Xәbәrlәr

Co Bayden Sakit okean ölkələrinin liderləri ilə görüşüb
Amerika Birləşmiş ştatları prezidenti Co Bayden Sakit okean ölkələrinin liderləri ilə görüşüb.