Peruda fövqəladə vəziyyət elan edilib

Cənubi Amerika ölkəsi Peru qeyri-qanuni immiqrant axını ilə mübarizə çərçivəsində öz sərhədlərində fövqəladə vəziyyət elan edib.

1980046
Peruda fövqəladə vəziyyət elan edilib

Cənubi Amerika ölkəsi Peru qeyri-qanuni immiqrant axını ilə mübarizə çərçivəsində öz sərhədlərində fövqəladə vəziyyət elan edib.

Peru prezidenti Dina Boluarte son zamanlar ölkəyə qeyri-qanuni yollarla daxil olan immiqrantların sayında ciddi artım olduğunu ifadə edərək, qeyri-qanuni keçidlərə nəzarət etmək üçün sərhədlərdə fövqəladə vəziyyət elan etdiklərini açıqlayıb.

Bildirilib ki, hərbi birləşmələr Çili, Boliviya, Braziliya, Ekvador və Kolumbiya sərhədlərində yerləşdiriləcək.

Qərarı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə qəbul etdiklərini ifadə edən Boluarte deyib:"Hər gün hücum, soyğun və müxtəlif cinayətlər törədən əcnəbilər var. Ona görə də tədbir görməliyik".

Müdafiə naziri Xorxe Çaves də ölkəyə qeyri-qanuni girişlərin qarşısını almaq üçün fövqəladə vəziyyətin elan edildiyini qeyd edib.

Perunun Tacna şəhəri ilə Çilinin Arika şəhərləri arasında toplaşan yüzlərlə immiqrantın bir şəkildə sərhədləri keçməyə çalışdığı və vaxtaşırı  təhlükəsizlik qüvvələri ilə immiqrantlar arasında gərginliyin yaşandığı bildirilir.

 Çilinin də sərhədlərdə nəzarəti artırdığını və qeyri-qanuni immiqrantların ölkəyə daxil olmasına icazə verməyəcəyi qeyd olunub.

Milli Statistika İnstitutunun məlumatına görə, Peruda yaşayan hər 10 immiqrantdan 9-u Venesuelalıdır.



Әlaqәli Xәbәrlәr