Feridun Sinirlioğlu Əfqanıstan üzrə koordinator təyin edilib

Antonio Quterreş Türkiyenin BMT-dəki daimi nümayəndəsi, ölkənin keçmiş xarici işlər naziri Feridun Sinirlioğlunu Əfqanıstan Xüsusi Qiymətləndirmə Missiyasının koordinatoru təyin edib.

1979516
Feridun Sinirlioğlu Əfqanıstan üzrə koordinator təyin edilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Türkiyenin BMT-dəki daimi nümayəndəsi, ölkənin keçmiş xarici işlər naziri Feridun Sinirlioğlunu Əfqanıstan Xüsusi Qiymətləndirmə Missiyasının koordinatoru təyin edib.

Bu təyinatı gündəlik mətbuat konfransında BMT baş katibinin sözçüsü Stefan Düjarrik açıqlayıb.

Mövzu ilə bağlı yazılı açıqlamada Quterreşin müstəqil qiymətləndirməyi Sinirlioğlunun aparmasını və "Əfqanıstanın üzləşdiyi mövcud sınaqlar"la bağlı hərtərəfli və ardıcıl tövsiyələr verməsini istədiyi ifadə edilib.

Səfir Sinirlioğlunun beynəlxalq münasibətlər və diplomatiya sahələrində çox təcrübəli olduğuna diqqət çəkilərək, səfirin karyerasında siyasi, humanitar, inkişaf, insan hüquqları və vasitəçiliklə bağlı mövzuları həyata keçirdiyi bildirilib.

Açıqlamada Sinirlioğlunun Orta Şərqdən Şimali Afrikaya, Avropa, Şimali Amerika və Asiyadan Əfqanıstana qədər çox geniş bir coğrafi bölgə haqqında məlumat və təcrübəyə malik olduğu da qeyd edilib.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada isə, Sinirlioğlunun bu vəzifəyə təyin olunmasının müsbət qarşılandığı qeyd edilib.

Açıqlamada Türkiyenin Əfqanıstanla bağlı BMT çərçivəsində görülən işlərə dəstəyinin bundan sonra da davam edəcəyi vurğulanıb və Sinirlioğlunun bu səylərə ciddi töhfə verəcəyinə şübhə olmadığı bildirilib.

Xatırladaq ki, 2015-ci ildə xarici işlər naziri vəzifəsini icra edən Sinirlioğlu Xarici İşlər Nazirliyinin “ən uzun müddət işləyən” diplomatlarından biri kimi tanınır.

Sinirlioğlu 2016-2023-cü illərdə Türkiyenin BMT-dəki daimi nümayəndəsi vəzifəsini icra edib.



Әlaqәli Xәbәrlәr