ABŞ və Filippin "Ən böyük hərbi təlim”də

Filippin ordusundan verilən açıqlamaya görə...

1979800
ABŞ və Filippin "Ən böyük hərbi təlim”də

 

  ABŞ və Filippin Cənubi Çin dənizi və Tayvan boğazı yaxınlığında mübahisəli sularda keçirilən "Ən böyük döyüş təlimi”ndə simulyasiya edilmiş düşmən gəmisində öz imkanlarını sınaqdan keçirib.

  Filippin ordusundan verilən açıqlamaya görə, Filippinin əsasını təşkil edən Taqaloq dilində “çiyin-çiyinə” mənasını verən “Balikatan” adlı təlim çərçivəsində Filippinin Luzon adası yaxınlığındakı sularda təmsilçi düşmən gəmisinə atəş açılıb.

  Hərbi təlimdə “F-35” və “F-16” döyüş təyyarələri, ABŞ-dan HİMARS reaktiv yaylım atəşi sistemləri və “Cobra” helikopterləri, Filippindən “FA-50” döyüş təyyarələri, helikopterlər və artilleriya sistemləri istifadə edilib.

  Filippin prezidenti oğul Ferdinand Markos təlimi birbaşa izləyib.

  Filippin və ABŞ hərbi komandirləri tərəfindən verilən açıqlamada sözügedən təlimin iki ölkənin döyüş imkanlarının sinxronlaşdırılması üçün həyata keçirildiyi bildirilib.

  Xatırladaq ki, ABŞ və Filippin aprelin 11-də Cənubi Çin dənizi və Tayvan boğazı yaxınlığındakı mübahisəli sularda “Balikatan” adlı onilliklərin "Ən böyük hərbi təlimi”nə başlayıb.

  Təlimlər Çinin ABŞ-ın Filippindəki hərbi bazalara çıxışına icazə verməsini tənqid etdiyi və Cənubi Çin dənizi ilə Tayvan boğazındakı mübahisəli sularda rəsmi Vaşinqtonla Pekin arasında gərginliyin artdığı bir vaxtda keçirilir.



Әlaqәli Xәbәrlәr