ABŞ-ın iki ştatı uşaqlar üçün sosial media qaydalarını dəyişdi

Yaşı 18-dən az olanlar sosial mediada hesab açmaq üçün ata-atanın razılığını almalıdır

1979810
ABŞ-ın iki ştatı uşaqlar üçün sosial media qaydalarını dəyişdi

 

  ABŞ-ın iki ştatı gündəlik həyatın vazkeçilməzlərindən birinə çevrilmiş sosial media üçün hərəkətə keçdi.

  Yuta və Arkanzas ştatlarında qəbul edilən qaydalarla 18 yaşdan kiçik olanların sosial mediadan istifadəsinə ciddi məhdudiyyətlər gətirildi.

  Qayda 22.30 - 06.30 saatları arasında 18 yaşından kiçik uşaqların sosial mediada olmasını məhdudlaşdırır və alqoritmik reklamları bloklayır.

  Yaşı 18-dən az olanlar sosial mediada hesab açmaq üçün ata-atanın razılığını almalıdır.

  Valideynlər övladlarının hesablarına istədikləri zaman daxil ola biləcəklər.

  Amma sosial media asılılığı, sui-istifadə və reklam müraciətləri kimi mövzularda yetkinlik yaşına çatmayanları qorumaq məqsədi daşıyan bu qaydalar tənqidlərə səbəb olub. Bəzi rəqəmsal beyin mərkəzləri qaydaların istifadəçi məlumatlarını daha az təhlükəsiz edəcəyi və məxfiliyi pozacağını bildirib. Digər mütəxəssislər isə hesab edir ki, bütün ABŞ belə sosial mediadan istifadə ilə bağlı qanuni tənzimləmələr etməzsə, Yuta və Arkanzas ştatları başqa əyalətlərə nümunə ola bilər.



Әlaqәli Xәbәrlәr