ABŞ Tunisə 25 min ton buğda göndərib
Amerika Birləşmiş Ştatları quraqlıq və Ukrayna müharibəsi səbəbindən taxıl böhranı yaşayan Tunisə 25 min ton buğda göndərib.
1978041

Amerika Birləşmiş Ştatları quraqlıq və Ukrayna müharibəsi səbəbindən taxıl böhranı yaşayan Tunisə 25 min ton buğda göndərib.
Bu barədə ABŞ-ın Tunisdəki səfirliyindən verilən məlumatda bildirilib.
Məlumatda ABŞ və Dünya Bankının təmin etdiyi 25 min ton buğdanın Tunis limanına çatdırıldığı bildirilib.
Rəsmi məlumatlara əsasən, Tunis taxıla olan tələbatının 70 faizini idxal edir.
Qeyd edək ki, Quraqlıq, Covid-19 pandemiyası və Ukrayna müharibəsi səbəbindən Tunisdə taxıl böhranı yaşanır.
Son 70 ilin ən quraq dövrünün yaşandığı Tunisdə su bəndlərinin doluluq nisbəti 30 faiz təşkil edir.
Әlaqәli Xәbәrlәr

Co Bayden Sakit okean ölkələrinin liderləri ilə görüşüb
Amerika Birləşmiş ştatları prezidenti Co Bayden Sakit okean ölkələrinin liderləri ilə görüşüb.