Rəşid əl-Qannuşi həbs edilib

Tunisdə Ənnahda Hərəkatının lideri və parlamentin keçmiş sədri Rəşid əl-Qannuşi 48 saatlıq nəzarət müddətindən sonra həbs edilib.

1977579
Rəşid əl-Qannuşi həbs edilib

Tunisdə Ənnahda Hərəkatının lideri və parlamentin keçmiş sədri Rəşid əl-Qannuşi 48 saatlıq nəzarət müddətindən sonra həbs edilib.

Aprelin 17-də iftar vaxtı təhlükəsizlik qüvvələrinin evinə basqın etməsi nəticəsində saxlanılan Qannuşi prokurorluqda 48 saatlıq sorğu-sualdan sonra Tunis Birinci İnstitut Məhkəməsi tərəfindən həbs edilib.

Ənnahda Hərəkatının üzvü vəkil Həbib Bin Sidhum sosial media hesabından etdiyi paylaşımda Qannuşini müşayiət edən daha 11 nəfərin istintaqa cəlb edildiyini və istintaqın “dövlət təhlükəsizliyinə qarşı sui-qəsd” mövzusu çərçivəsində olduğunu bildirib. 

Qannuşi ilə birlikdə saxlanılan Ənnahda Hərəkatının tanınmış simalarından Məhəmməd əl-Kumani və Bilkasim Həsən və Ənnahda Hərəkatının digər 6 üzvünün də eyni məhkəmədə mühakimə olunacağına qərar verilib.

Rəsmi orqanlardan Qannuçinin nə ilə ittiham olunması ilə bağlı heç bir açıqlama verilməyib.



Әlaqәli Xәbәrlәr