Emmanuel Makron pensiya islahatına qarşı keçirilən nümayişlərə münasibət bildirib

Fransa prezidenti Emmanuel Makron mübahisəli pensiya islahatının zəruri olduğunu deyib.

1976271
Emmanuel Makron pensiya islahatına qarşı keçirilən nümayişlərə münasibət bildirib

Fransa prezidenti Emmanuel Makron mübahisəli pensiya islahatının zəruri olduğunu deyib.
Emmanuel Makron xalqa etdiyi müraciətdə pensiya yaşını 62-dən 64-ə qaldıran islahatlara qarşı keçirilən etirazları qiymətləndirib.
İslahatın səbəb olduğu qəzəbi eşitdiyini bildirən Emmanuel Makron tənzimləmənin zəruri olduğunu qeyd edib.
"Bu dəyişikliklər hər kəsin pensiyaya çıxmasını təmin etmək üçün zəruri idi",-deyə Emmanuel Makron vurğulayıb. 
Qiymətlərin artdığını və gəlirlərinin bir çox fransızın yaxşı yaşamasına imkan vermədiyini ifadə edən Emmanuel Makron çıxışının ölkənin etirazlar və tətillər dövründən uzaqlaşmasına kömək edəcəyinə ümid etdiyini bildirib.
Fransada martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb.
Martın 16-dan bəri ölkə miqyasında  keçirilən etiraz aksiyalarında 1000-dən çox adam saxlanılıb.



Әlaqәli Xәbәrlәr