İsrail qüvvәlәri fәlәstinlilәrә sәrt müdaxilә edib

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin şimalında inşa edilən qeyri-qanuni yaşayış məntəqələrinə qarşı keçirilən etiraz aksiyasına sərt müdaxiləsi nəticəsində üç fələstinli yaralanıb.

1975188

İsrailin Fələstinin Nablus şəhərinin Beyt Decen, Beyta və Karyut ilə  Kalkiya şəhərinin  Kefr Kaddum bölgələlərində inşa etdiyi qeyd-qanuni yaşayış məntəqələrinə qarşı nümayişlər keçirilib.
Kefr Kaddumdakı Fələstin Xalq Müqavimət Komitəsinin sədri Murad Şiteivi İsrail qüvvələrinin nümayişçilərə rezin güllə və gözyaşardıcı qazla müdaxilə etdiyini deyib.
Şiteyvi 3 nəfərin yaralandığını, onlarla insanın gözyaşardıcı qazdan zəhərləndiyini bildirib.
Fələstin Qızıl Aypara Cəmiyyəti Nablusda nümayişlərin keçirildiyi qəsəbələrdə gözyaşardıcı qazdan zəhərlənən və boğulma təhlükəsi ilə üzləşən onlarla insana hadisə yerində ilkin tibbi müdaxilənin edildiyini açıqlayıb.
Fələstinlilər hər cümə günü inşa edilən qeyri-qanuni yaşayış məntəqələrinə öz etirazını bildirmək üçün nümayişlər keçirirlər.
İsrailin “Peace Now'' adlı qeyri-hökumət təşkilatının məlumatına görə, Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində çox sayda qeyri-qanuni yaşayış məntəqəsi var və orada təxminən 666 min yəhudi məskunlaşıb.
İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərində salınan yəhudi qəsəbələri də beynəlxalq hüquqa görə qeyri-qanuni sayılır.

Әlaqәli Xәbәrlәr