Burkina Fasoda ümumi səfərbərlik elan edilib

Burkina Fasoda  artan terror aktları ilə mübarizə aparmaq üçün səfərbərlik elan edilib.

1974829
Burkina Fasoda ümumi səfərbərlik elan edilib

Burkina Fasoda  artan terror aktları ilə mübarizə aparmaq üçün səfərbərlik elan edilib.
Prezident Aparatının mətbuat xidmətindən verilən bəyanatda ilin əvvəlindən etibarən davam edən terror aktları ilə güclü mübarizə aparmaq üçün ümumi səfərbərlik elan edildiyi bildirilib.
Səfərbərliyin necə həyata keçiriləcəyi ilə bağlı heç bir məlumat verilməsə də, bəzi mənbələr terror aktlarının ən çox törədildiyi bölgələrdə fövqəladə vəziyyətin elan oluna biləcəyini irəli sürüblər.
Dünyanın ən kasıb ölkələrindən biri olan Burkina Fasoda 2015-ci ildən bəri Əl-Qaidə və DEAŞ-a tabe olan terror qruplaşmaları tərəfindən hücumlar həyata keçirilir.
Keçən həftə Niger sərhədinə yaxın iki kəndə edilən hücumlarda 44 nəfər həyatını itirib. Fevral ayında şimalda törədilən  digər hücumda isə 51 əsgər həlak olub.
Hücumların sayının artması səbəbindən ayın əvvəlində ölkənin Baş Qərargah rəisi dəyişdirilib və bu vəzifəyə Celestin Simpore təyin edilib.



Әlaqәli Xәbәrlәr