ABŞ-da koronavirus səbəbi ilə tətbiq olunan fövqəladə vəziyyət rejimi ləğv edildi

ABŞ Prezidenti Cozef Bayden "Covid-19" pandemiyası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejiminin ləğvini təsdiqləyib.

1972916

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Prezident Bayden müvafiq qanunu aprelin 10-da imzalayıb.

Xatırladaq ki, uzun müddətdir ki, ölkədə koronavirusun yaratdığı tədbirlər xeyli yumşaldılıb.

Epidemiya ilə gələn peyvənd və maska ​​tələbi kimi ictimai sağlamlıqla bağlı bir sıra qaydalara etiraz edən Respublikaçılar Baydenin keçən ilki ""Covid-19" epidemiyası bitdi" açıqlamasına istinad edərək, sözügedən qanun layihəsini gündəmə gətirib.

Qanun layihəsi Nümayəndələr Palatasında 210 “xeyr” səsinə qarşı 220 “hə” səsi ilə qəbul edilib. Senatda 68 “hə” səsi, 23 “xeyr” səsi ilə qəbul edilib.

Ağ Evin Administrasiyası və Büdcə Ofisi "Covid-19" səbəbilə "milli fövqəladə vəziyyət" və "ictimai sağlamlığa dair təcili vəziyyət" hallarının səhiyyə sistemlərində xaos və qeyri-müəyyənliklərin qarşısını almaq çün 11 mayda ləğ ediləcəyini açıqlayıb.

Әlaqәli Xәbәrlәr