ABŞ hərbi gəmisi qeyri-qanuni yollarla Çin sularına daxil oldu

ÇXAO Cənub Əməliyyat Komandanlığından verilən məlumatda yazılır...

1972582
ABŞ hərbi gəmisi qeyri-qanuni yollarla Çin sularına daxil oldu

 

  ABŞ donanmasına aid döyüş gəmisinin qeyri-qanuni yollarla Çin ərazi sularına daxil olub.

  Çin Xalq Azadlıq Ordusu ABŞ Hərbi Dəniz Donanmasına aid idarəolunan raket döyüş gəmisi “USS Milius”un Cənubi Çin dənizindəki bir adanın yaxınlığından qanunsuz keçərək Çin ərazi sularına daxil olduğunu bildirib.

  ÇXAO Cənub Əməliyyat Komandanlığından verilən məlumatda yazılır: “ABŞ döyüş gəmisi izlənilib və ona xəbərdarlıq edilib. Çin Cənubi Çin dənizindəki adalar və ətraf dəniz bölgəsi üzərində mübahisəsiz suverenliyə sahibdir".

  ABŞ Hərbi Dəniz Donanması 7-ci Bölümündən verilən açıqlamada isə bilririlib: “Hərbi gəmi bölgədə "normal" əməliyyatlar həyata keçirib, bölgəni tərk edərək zənubi Çin dənizində əməliyyatlarını davam etdirib”.

  Xatırladaq ki, Çin ordusu martın 23-də “USS Milius”un Cənubi Çin dənizindəki Parasel adaları ətrafındakı sulara icazəsiz girdiyini açıqlamış, ABŞ Hərbi Dəniz Donanması isə döyüş gəmisinin adi əməliyyatlar apardığını bildirmişdi.



Әlaqәli Xәbәrlәr