Kuleba və Stoltenberq birgə mətbuat konfransında çıxış ediblər

Kuleba Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuata açıqlama verib.

1969760
Kuleba və Stoltenberq birgə mətbuat konfransında çıxış ediblər

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ölkəsinə vəd verilən hərbi texnikanın çatdırılmasının sürətləndirilməli olduğunu bildirərək uzunmüddətli perspektivdə Ukraynanın NATO-da iştirakının regionun təhlükəsizliyi üçün ən yaxşı həll yolu olduğunu bəyan edib.

Kuleba Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuata açıqlama verib.

NATO-nun 74-cü ildönümünü təbrik  edən Kuleba xarici işlər nazirlərinin toplantısı ərəfəsində keçiriləcək NATO-Ukrayna Komissiyası formatı toplantısından müsbət nəticələr gözlədiyini bildirib.

"Mən NATO-ya Ukraynaya vəd verənlərin, əsasən artilleriya sursatlarının, zirehli texnikanın, zirehli transportyorların çatdırılmasını sürətləndirmək üçün gəldim", - deyə Kuleba qeyd edib.

Ölkəsinə dəstəyin davamlılığını təmin edəcək strateji planları da müzakirə etmək istədiyini ifadə edən Kuleba "Finlandiyanın NATO-ya daxil olması bütün strateji konsepsiyaları və qavrayışları gözdən keçirməyin vaxtının gəlib çatdığının göstəricisidir. Avro-Atlantik təhlükəsizliyini təmin etmək üçün Ukraynanın üzvlüyündən daha yaxşı həll yolu yoxdur” deyib.

Stoltenberq isə, NATO müttəfiqlərinin və tərəfdaşlarının Ukraynaya zirehli texnika və müasir döyüş tankları çatdırması, Ukraynaya təcili dəstəyin necə davam etdirilməsi və daha da artırılması planlarını alqışladığını bildirərək, "Tərəfdaşlar arasında necə daha uzunmüddətli proqram hazırlaya biləcəyimizi müzakirə etməyi də səbirsizliklə gözləyirəm" deyib.



Әlaqәli Xәbәrlәr