Rusiya Ukraynaya ağır zәrbәlәr endirib
Ukrayna Baş Qərargahı Rusiya qüvvələrinin gecə saatlarında Çerniqov, Sumi, Xarkov, Donetsk, Zaporijla və Xerson vilayətlərindəki yaşayış məntəqələrinə hücumlar təşkil etdiyini bildirib.

Ukrayna Baş Qərargahı Rusiya qüvvələrinin gecə saatlarında Çerniqov, Sumi, Xarkov, Donetsk, Zaporijla və Xerson vilayətlərindəki yaşayış məntəqələrinə hücumlar təşkil etdiyini bildirib.
Ukrayna Baş Qərargahından verilən açıqlamada Rusiya ordusunun 11 raket, 4 hava hücumu həyata keçirdiyi və raket sistemlərindən 43 dəfə atəş açıldığı bildirilib.
Açıqlamada deyilir: “Düşmən gecə saatlarında S-300 hava hücumundan müdafiə sistemi ilə Xarkov şəhərinin mülki infrastrukturuna 9 raket zərbəsi endirib''.
Rusiya ordusunun hava hücumlarında istifadə etdiyi 10 pilotsuz uçuş aparatından (PUA) 9-nun vurulduğu qeyd edilib.
Biloqorivka, Baxmut, Avdiyivka və Marinkada gərgin döyüşlərin davam etdiyi bildirilən açıqlamada rusların son 24 saatda Çerniqov, Sumi, Xarkov, Donetsk, Zaporijla və Xerson vilayətlərindəki yaşayış məntəqələrinə hücumlar təşkil etdiyi vurğulanıb.
Xarkov vilayətinin qubernatoru Oleq Sinegubov gecə saatlarında Xarkova 9 raket zərbəsi endirildiyini, hücumlarda mülki infrastruktura və evlərə ziyan dəydiyini və 3 nəfərin yüngül xəsarət aldığını bildirib.
Zaporijla Region Qubernatorluğundan verilən açıqlamada Rusiyanın bölgəyə təşkil etdiyi hücum nəticəsində mülki infrastruktura ziyan dəydiyi, ölən və yaralananın olmadığı qeyd olunub.