Hindistanda məbədin dam örtüyünün uçması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb

Hindistanın Madhya-Pradeş əyalətinin İndor şəhərində məbədin dam örtüyünün uçması nəticəsində ölənlərin sayı 35-ə çatıb, 16 nəfər isə yaralanıb.

1968038

Səlahiyyətlilər hadisənin Ram Navami Festivalı zamanı Beleşvar  Mahadev Jhulelal məbədindəki köhnə böyük quyunun (bavdi) dam örtüyünün uçması nəticəsində baş verdiyini bildirdi.
Xilasetmə əməliyyatlarının çətinliklə də olsa davam etdiyini  qeyd edən səlahiyyətlilər ordunun qapalı qalan insanların çıxarılması üçün böyük səylər göstərdiyini bildiriblər.
Bölgə rəsmisi İlayarasa T. deyib:"İndiyədək 35 cəsədi çıxarmışıq, xilasetmə əməliyyatı hələ də davam edir".

Әlaqәli Xәbәrlәr