Əfqanıstanda ibtidai məktəbə edilən hücum nəticəsində 2 şagird ölüb

Əfqanıstanın şimalındakı Cüzcan vilayətinin Kuş Təpə rayonunda məktəbə əl qumbarasının atılması nəticəsində iki şagird həyatını itirib.

1968002

Cüzcan Polis İdarəsinin sözçüsü Abdül Səttar Halimi jurnalistlərə  verdiyi açıqlamada, naməlum şəxsin Kuş Təpə rayonundakı məktəbə əl qumbarası atdığını bildirib.
Hücumda 2 şagirdin həyatını itirdiyini ifadə edən Halimi, 4 şagirdin də yaralandığını söyləyib.
Şahidlər hücumun qızların təhsil aldığı ibtidai məktəbdə təşkil edildiyini irəli sürüb.
Qeyd edək ki, hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Etiketlәr: #hücum , #Əfqanıstan

Әlaqәli Xәbәrlәr