Əfqanıstanda daşqınlar nəticəsində 10 nəfər ölüb

Son bir həftədə Əfqanıstanın 23 əyalətində yağan aramsız yağışların səbəb olduğu daşqınlar nəticəsində 10 nəfər həyatını itirib.

1968015
Əfqanıstanda daşqınlar nəticəsində 10 nəfər ölüb

Son bir həftədə Əfqanıstanın 23 əyalətində yağan aramsız yağışların səbəb olduğu daşqınlar nəticəsində 10 nəfər həyatını itirib.
Taliban hökumətinin Təbii Fəlakətlərlə Mübarizə üzrə Dövlət Nazirliyinin sözçüsü Şefi Rəhimi jurnalistlərə verdiyi açıqlamada Əfqanıstanın 23 vilayətində son bir həftədə yağan aramsız yağışların daşqınlara səbəb olduğunu deyib.
Daşqınlarda 10 nəfərin həyatını itirdiyini qeyd edən Rəhimi 76 nəfərin yaralandığını bildirib.
Rəhimi daşqınlar nəticəsində 1800 evin yararsız hala düşdüyünü və  22 min hektar əkin sahəsinin su altında qaldığını deyib.
Şefi Rəhimi qeyd edib ki, ən çox zərər Pervan və Belh əyalətlərində müşahidə olunub.



Әlaqәli Xәbәrlәr