Ekvadorda torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 21 nəfərə çatıb
Cənubi Amerika ölkəsi Ekvadorda baş verən torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 21-ə, itkin düşənlərin sayı isə 72-yə yüksəlib.

Cənubi Amerika ölkəsi Ekvadorda baş verən torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 21-ə, itkin düşənlərin sayı isə 72-yə yüksəlib.
Ekvador Fövqəla Hallar İdarəsindən verilən açıqlamada martın 27-də Çimborazo əyalətinin Alausi qəsəbəsində baş verən torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayının artdığı bildirilib.
Açıqlamada təbii fəlakət nəticəsində ölənlərin sayının 21-ə, itkin düşənlərin sayının 72-yə, yaralıların sayının isə 37-yə yüksəldiyi qeyd edilib.
Səlahiyyətlilər torpaq sürüşməsi nəticəsində 656 nəfərin zərər gördüyü, 170 nəfərin isə evsiz qaldığını bildirib.
Səlahiyyətlilər yeni torpaq sürüşmə riskinə baxmayaraq axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Ekvadorun Nəqliyyat və İctimai İşlər Nazirliyi bağlanan yolları nəqliyyatın hərəkətinə açmaq üçün davamlı çalışdıqlarını açıqladı və Çimborazo əyalətində "fövqəladə vəziyyət" elan etdi.
Yerli mətbuat orqanlarının yaydığı məlumatda bölgədəki dağda bir müddətdir çatların əmələ gəldiyi və bunun da torpaq sürüşməsinə səbəb olduğu iddia edilib.