Çilidə güclü zəlzələ baş verib
Cənubi Amerika ölkəsi Çilidə 6,4 bal gücündə zəlzələ baş verib.
1967764

Cənubi Amerika ölkəsi Çilidə 6,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Çili Universitetinin Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Bildirilib ki, episentri ölkənin Kobkekura şəhəri olan 6,4 bal gücündə zəlzələ 111 kilometr dərinlikdə baş verib.
İnsan tələfatının olmadığı zəlzələ nəticəsində fəsat da yaranmayıb. Zəlzələ Maule, Biobio və O'Higgins şəhərlərində də hiss olunub.