Blinken İsrailin xarici işlər naziri Koenlə görüşüb
Blinken İsrailin xarici işlər naziri Koenlə ABŞ-İsrail ikitərəfli münasibətləri, İran kimi ortaq problemlər və İsrail ilə Fələstin arasında gərginliyin azaldılması səylərini müzakirə edib.

ABŞ dövlət katibi Entoni Blinken İsrailin xarici işlər naziri Koenlə ABŞ-İsrail ikitərəfli münasibətləri, İran kimi ortaq problemlər və İsrail ilə Fələstin arasında gərginliyin azaldılması səylərini müzakirə edib.
ABŞ Prezidenti Co Bayden ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında mediada gedən polemikadan sonra dövlət katibinin sözçüsü Vedant Patel Blinkenin Koenlə telefonla danışdığını açıqlayıb.
Patel qeyd edib ki, iki nazir ABŞ-İsrail arasında davam edən ikitərəfli münasibətlərin əhəmiyyətini bir daha təsdiqləyib və İran kimi birgə məsələləri və İsrailin regional inteqrasiyasını inkişaf etdirmək səylərini müzakirə ediblər.
Sözçü "Blinken iki dövlətli həll yoluna dair davam edən ABŞ-ın vədini təkrarladı, Akabe və Şarm-əş-Şeyxdə danışıqlar yolu ilə israillilər və fələstinlilər arasında gərginliyin azaldılması səylərini alqışladı və gərginliyi artıran birtərəfli hərəkətlərdən çəkinməyin vacibliyini vurğuladı" deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin İsrailin Baş naziri Binyamin Netanyahuya “güclü özəl mesaj” göndərdiyi bildirilib və Ağ Evin İsraildəki mübahisəli məhkəmə islahatını dayandırmayacağı təqdirdə Netanyahunun 2-ci Demokratiya Sammitinə dəvətinin ləğv edilməsini məsləhətləşdiyi irəli sürülüb.
Netanyahu isə belə cavab verib: "Mənim administrasiyam dövlətin üç gücü arasında geniş konsensusla əldə etməyə çalışdığımız düzgün tarazlığı bərpa edərək demokratiyanı gücləndirməkdə qərarlıdır. İsrail qərarlarını ən yaxşı dostları daxil kənardan deyil, xalqının iradəsi əsasında verən suveren bir ölkədir".
Әlaqәli Xәbәrlәr

Tunisdə iki təyyarə qəzaya düşüb, ölənlər var
Tunisdə iki təyyarənin qəzaya uğraması nəticəsində 2 fransız turist ölüb, 2-si yaralanıb.