ABŞ Senatında qətnamə layihəsi qəbul edilib

ABŞ Senatı zəlzələdən zərər çəkmiş Türkiye və Suriyaya başsağlığı verildiyi və yenidənqurma işlərinə dəstək çağırışlarının edildiyi qətnamə layihəsini qəbul edib.

1967787
ABŞ Senatında qətnamə layihəsi qəbul edilib

Amerika Birləşmiş Ştatları (ABŞ) Senatı fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkmiş Türkiye və Suriyaya başsağlığı verildiyi və yenidənqurma işlərinə dəstək çağırışlarının edildiyi qətnamə layihəsini qəbul edib.

Qətnamə layihəsində dağıdıcı zəlzələlərdən zərərçəkən  “NATO müttəfiqi Türkiye və Suriyaya başsağlığı verilib. Zəlzələlərin 1939-cu ildən bəri Türkiyedə baş verən ən güclü zəlzələlər olduğu, çox sayda insanın həyatını itirdiyi, minlərlə insanın zərər çəkdiyi xatırladılıb.

ABŞ-ın zəlzələlərdən zərər çəkmiş Türkiye və Suriya xalqına dəstəyinin də qeyd edildiyi qətnamədə senatorlar ABŞ hökumətini Türkiyenin yerli hakimiyyət orqanları və Suriyadakı beynəlxalq səviyyədə tanınmış qurumlarla koordinasiyalı şəkildə yenidənqurma səylərini dəstəkləməyə çağırıblar.

ABŞ hökumətinin NATO müttəfiqi Türkiyeyə axtarış-xilasetmə, yanğınsöndürənlər, struktur mühəndisləri, tibb işçiləri və ləvazimatları və texniki ekspert dəstəyi verməyə dəvət olunduğu qətnamə layihəsində BMT Təhlükəsizlik Şurası suriyalılara yardımların çatdırılması üçün alternativ sərhəd keçidlərinin təmin edilməsi və Suriyanın şimalındakı zorakılığın  dərhal dayandırılmasına çağırılıb.

Türkiyenin Vaşinqtondakı səfirliyinin tvitter hesabında edilən paylaşımda Senat üzvlərinə Türkiyeyə verdikləri dəstəyə görə təşəkkür edilib.

Xatırladaq ki, fevralın 28-də Konqresin digər qanadı olan Nümayəndələr Palatasında da zəlzələdən zərərçəkən Türkiye və Suriyaya başsağlığı verildiyi, ABŞ-ın Türkiye və Suriya xalqına verdiyi dəstəyi təqdir edən və Əsəd rejiminin BMT yardımlarının ölkənin şimalındakılara çatmasına mane olan hərəkətlərinin pisləndiyi qərar layihəsi qəbul edilib.



Әlaqәli Xәbәrlәr