Ursula fon der Leyen: ''Nəyin bahasına olursa-olsun Ukraynanı dəstəkləyəcəyik”

Avropa İttifaqı Rusiyaya qaçaqmalçılıq yolu ilə gətirilən ukraynalı uşaqların tapılmasına diqqət yetirəcək.

1967260
Ursula fon der Leyen: ''Nəyin bahasına olursa-olsun Ukraynanı dəstəkləyəcəyik”

Avropa İttifaqı Rusiyaya qaçaqmalçılıq yolu ilə aparılan ukraynalı uşaqların tapılmasına diqqət yetirəcək.
Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin (AP) Baş Assambleyasının iclasında çıxış edib.
23-24 mart tarixlərində keçirilən Aİ Liderlər Sammitinin nəticələrini qiymətləndirən Ursula fon der Leyen Ukraynaya daha davamlı dəstəyin verilməsi üçün istehsalın artırılmasının vacibliyini vurğuladı.
“Biz nəyin bahasına olursa-olsun Ukraynanı dəstəkləyəcəyik” deyən Ursula fon der Leyen  sammitdə liderlərin müzakirə etdiyi ən mühüm məsələlərdən birinin Rusiya tərəfindən qaçırılan uşaqlar olduğuna diqqət çəkib.
Ursula fon der Leyen 16200 uşağın Ukraynadan Rusiyaya deportasiya edildiyini bildirib.
"Ailələrindən və uşaqlıqlarından qoparıldılar. Biz bu məsələyə diqqət yetirməsək onlar gələcəklərini itirəcəklər",-deyə Usrula fon der Leyen qeyd edib.

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) martın 18-də Ukraynada törədilən cinayətlərlə bağlı apardığı araşdırma çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Alekseyevna Lvova-Belova haqqında Ukraynalı uşaqların Rusiyaya qaçırılması ilə bağlı həbs qərarı verdiyinə diqqət çəkən Ursula fon der Leyen deyib: "Bu qərarla Putinin dünyası bir az da kiçildi. O, Beynəlxalq Cinayət Məhkəməsi ilə işləyən ölkələrdən hər hansı birinə səfər edərsə, həbs olunma riski ilə üzləşəcək. İndi biz bu deportasiya edilmiş uşaqların harada olduğunu öyrənməyə çalışmalıyıq və onları öz evlərinə qaytarmaq  üçün əlimizdən gələni etməliyik".



Әlaqәli Xәbәrlәr