Şotlandiyanın yeni Baş naziri namaz qıldırdı
Şotlandiyada yeni baş nazir Həmzə Yusuf rəsmi iqamətgahındakı ilk günündə namaz qıldırdı

Şotlandiyada yeni baş nazir Həmzə Yusuf rəsmi iqamətgahındakı ilk günündə namaz qıldırıb.
Həmzə Yusuf bununla bağlı “Twitter” hesabında paylaşım edib:
“Ailəm və mən bu gün (28 mart) parlament səsverməsindən sonra ilk gecəmizi Bute House-da keçiririk”.
Yusuf başqa bir paylaşımında İngiltərə baş naziri Rişi Sunak ilə görüşdüyünü və “Şotlandiya xalqının və parlamentinin demokratik istəklərinə İngiltərə hökuməti tərəfindən hörmət edilməsi lazım olduğunu açıq şəkildə bildirdim” – dediyini açıqlayıb.
Martın 28-də Şotlandiya parlamentində keçirilən iclasda baş nazir seçilən Yusif ölkənin ilk müsəlman baş naziri olmaqla yanaşı, həm də ölkənin ən gənc millət vəkili və ilk müsəlman naziri ünvanlarına sahib olub.
Verilən səslərin 52 faizinə bərabər olan 26 min 32 səslə Baş nazir Nikola Sturgeonun fevral ayında istefa verməsi ilə boşaldılan Şotlandiya Milli Partiyasının (SNP) liderliyinə seçilən 37 yaşlı Yusuf nəticələrin elan edilməsindən sonra verdiyi açıqlamada Şotlandiyaya müstəqillik gətirməkdə "qərarlı olduğunu" söyləyib və "Biz bunu təmin edəcək nəsil olacağıq" deyib.
Әlaqәli Xәbәrlәr

Fransada pensiya islahatına qarşı ümummilli etiraz nümayişi davam edir
Paytaxt Parisdə nümayişin əvvəlində polis və nümayişçilər arasında gərginlik yaşanıb