Meksikada miqrant mərkəzində yanğın nəticəsində 39 nəfər ölüb

Meksikada ABŞ ilə sərhədin yaxınlığında miqrantların saxlanıldığı mərkəzdə baş verən yanğın nəticəsində 39 nəfər ölüb.

1966456
Meksikada miqrant mərkəzində yanğın nəticəsində 39 nəfər ölüb

Meksikada ABŞ ilə sərhədin yaxınlığında miqrantların saxlanıldığı mərkəzdə baş verən yanğın nəticəsində 39 nəfər ölüb.
Meksika prezidenti Andres Manuel Lopez Obrador keçirdiyi mətbuat konfransında bildirib ki, Syudad Xuarez şəhərində yerləşən Meksikanın Milli Miqrasiya İnstitutunda yanğın baş verib.
Yanğının miqrantlar tərəfindən törədildiyini bildirən Obrador  deyib:
“Etiraz olaraq məkrəzin qapısına döşəklər qoyub yandırdılar və bunun dəhşətli faciəyə səbəb olacağını düşünmədilər. Deportasiya ediləcəklərini öyrəndikləri üçün bunu etdiklərini düşünürük''.
Milli Miqrasiya İnstitutundan verilən yazılı açıqlamada dünən gecə yarısı başlayan yanğında 39 nəfərin öldüyü, 29 nəfərin isə yaralandığı bildirilib.
Açıqlamada 4 xəstəxanada müalicə edilən yaralıların vəziyyətinin ağır olduğu qeyd edilib.
Meksika Covid-19 epidemiyası zamanı ABŞ-ın təzyiqi nəticəsində immiqrasiyanın qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirləri artırıb və buna görə də sərhədə yaxın mərkəzlərdə saxlanılan miqrantların sayı xeyli artıb.



Әlaqәli Xәbәrlәr