Co Bayden İsraildə yaşanan olayları qiymətləndirib

ABŞ (ABŞ) prezidenti Co Bayden İsrailin daxili məsələlərinə müdaxilə etdiklərinə dair iddiaları təkzib edib.

1966667
Co Bayden İsraildə yaşanan olayları qiymətləndirib

ABŞ (ABŞ) prezidenti Co Bayden İsrailin daxili məsələlərinə müdaxilə etdiklərinə dair iddiaları təkzib edib.
Co Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.
Mübahisəli məhkəmə islahatları səbəbindən etirazlara səhnə olan İsrailin demokratiyasından narahat olub-olmadıqları ilə bağlı sualı cavablandıran Co Bayden deyib: "İsrailin bir çox güclü tərəfdarı kimi mən də çox narahatam".

İsrailin çətin bir dövrdən keçdiyini və bunu həll etmələrinin vacibliyini vurğulayan Co Bayden İsrailin baş naziri Benyamin Netanyahunun məhkəmə islahatlarından vaz keçəcəyinə ümid etdiyini bildirib.

"Onlar bu yolda gedə bilməzlər'' deyən Co Bayden bildirib ki, ümidvaram ki, Binyamin Netanyahu gerçək razılaşma əldə etmək üçün hərəkət edəcək.

Co Bayden İsrailin daxili məsələlərinə müdaxilə etdiklərinə dair yayılan iddialar ilə bağlı deyib:"Müdaxilə etmirik. İsrail bu məsələ ilə bağlı mövqeyimi bilir. ABŞ-ın mövqeyini bilirlər. ABŞ-dakı yəhudilərin mövqeyini bilirlər''.



Әlaqәli Xәbәrlәr