Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondundan vəba epidemiyası xəbərdarlığı

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Afrika qitəsində vəba epidemiyasının sürətlə artdığı barədə xəbərdarlıq edib.

1966642
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondundan vəba epidemiyası xəbərdarlığı

 UNICEF-dən verilən yazılı açıqlamada qitədə vəba epidemiyasının sürətlə artdığı və vəziyyətin həyəcan səviyyəsində olduğuna diqqət çəkilib.

Epidemiyanın xüsusilə şərq və cənub Afrika ölkələrində yayıldığına diqqət çəkilən açıqlamada vəbanın uşaqlar üçün təhlükə yaratdığı vurğulanıb. Epidemiyadan ən çox təsirlənən ölkələr arasında Burundi, Efiopiya, Keniya, Malavi, Mozambik, Somali, Cənubi Sudan və Tanzaniya yer alıb. Açıqlamada vəba epidemiyasının yoxsulluq və qarşıdurmalar, həmçinin sel və qasırğa kimi hava şəraiti səbəbindən daha sürətlə yayıldığı qeyd edilib.



Әlaqәli Xәbәrlәr