Qitanas Nauseda:"Rusiyanın nüvə şantajı davam edir"

Qitanas Nauseda bu barədə rəsmi ''Twitter'' səhifəsində paylaşım edib.

1965837
Qitanas Nauseda:"Rusiyanın nüvə şantajı davam edir"

Litva prezidenti Qitanas Nauseda Rusiya prezidenti Vladimir Putinin taktiki nüvə silahı ilə bağlı qərarını tənqid edərək: "Rusiyanın nüvə şantajı davam edir" deyib.
Qitanas Nauseda bu barədə rəsmi ''Twitter'' səhifəsində paylaşım edib.
Rusiyanın beynəlxalq müqavilələrə məhəl qoymadığını ifadə edən Qitanas Nauseda deyib: "Rusiyanın nüvə şantajı davam edir. Təcavüzkar nüvə fəlakətinə səbəb olmadan dayandırılmalıdır".
Rusiya prezidenti Vladimir Putin martın 25-də  Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini vurğulayaraq “Bunu nüvə silahların yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərimizi pozmadan edəcəyik” deyib.
NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın bu qərarını “məsuliyyətsiz” hesab etdiklərini bəyan ediblər.



Әlaqәli Xәbәrlәr