Ekvadorda torpaq sürüşməsi, ölənlər var

Ekvadorun Çimborazo əyalətindəki Alausi qəsəbəsində baş verən torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb.

1965840
Ekvadorda torpaq sürüşməsi, ölənlər var

Ekvadorun Çimborazo əyalətindəki Alausi qəsəbəsində baş verən torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb.
Məlumata əsasən, Ekvadorun Çimborazo əyalətinin Alausi qəsəbəsində  yağan aramsız yağışlar torpaq sürüşməsinə səbəb olub.
And dağlarında yerləşən qəsəbədə baş verən torpaq sürüşməsi nəticəsində 16 nəfər həyatını itirib.
Səlahiyyətlilər 6 nəfərin  xilas edildiyini, 7 nəfərin itkin düşdüyünü bildirib.
Təbii fəlakət nəticəsində çox sayda evin torpaq altında qaldığını bildirən səlahiyyətlilər, axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr