Con Kirbi gündəmdəki aktual mövzuları qiymətləndirib
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Rusiya prezidenti Vladimir Putinin taktiki nüvə silahı qərarı ilə bağlı deyib: “Biz hadisələri yaxından izləməyə davam edirik''.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Rusiya prezidenti Vladimir Putinin taktiki nüvə silahı qərarı ilə bağlı deyib: “Biz hadisələri yaxından izləməyə davam edirik''.
Con Kirbi onlayn qaydada keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Con Kirbi İsraildə siyasi böhrana səbəb olan "məhkəmə islahatı" planı səbəbindən yaşanan hadisələrə görə narahat olduqlarını ifadə edərək hadisələri yaxından izlədiklərini bildirib.
Con Kirbi ABŞ prezidenti Co Baydenin də İsrailin baş naziri Binyamin Netanyahuya hadisələrlə bağlı narahatlığını açıq şəkildə ifadə etdiyini və demokratik sistemdə köklü dəyişikliyin razılaşma yolu ilə əldə edilməsinin vacibliyini vurğuladığını bildirilib.
Rusiya və İranın kibermüharibə sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırdığı ilə bağlı yayılan xəbərlə əlaqədar sualı cavablandıran Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü bu xəbərlərin narahatedici olduğunu deyib.
Con Kirbi iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşməsinə diqqət çəkərək kiber əməkdaşlıq mövzusundakı prosesləri də araşdıracaqlarını bildirib.
ABŞ-ın Suriyadakı obyektlərinə İranın dəstəklədiyi silahlılar tərəfindən edilən hücumla bağlı sualı cavablandıran Con Kirbi son 36 saatda heç bir hücumun olmadığını deyib.
ABŞ-ın Suriyadakı mövcudluğunda heç bir dəyişiklik olmadığını deyən Con Kirbi terror təşkilatı DEAŞ ilə mübarizəni davam etdirəcəklərinin vurğulayıb.
Әlaqәli Xәbәrlәr

BMT-nin İraqdakı missiyasının mandatı uzadılıb
Birləşmiş Millətlər Təşkilatının İraqadakı missiyasının (UNAMİ) mandatı bir il uzadılıb.