Ben-Qurion beynəlxalq hava limanından uçuşlar dayandırılıb
İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanından uçuşlar dayandırılıb.

İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanından uçuşlar dayandırılıb.
Bu barədə İsrail hava limanlarının həmkarlar ittifaqları məlumat verib.
İsrail mətbuatında isə, İsrailin Baş naziri Binyamin Netanyahunun etməyi planlaşdırdığı çıxışının hakim partiyadakı fikir ayrılığına görə təxirə salındığı bildirilib.
Xatırladaq ki, İsrail prezidenti İsaak Hersoq, ABŞ və bir çox digər ölkələrin etiraz etdiyi mübahisəli məhkəmə islahatına Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması, qanunverici orqanın məhkəmə qərarlarına üstünlük verilməsi və hakimlərin seçiminə hakimlərin təsirinin azaldılması daxildir.
İslahat çərçivəsində ötən günlərdə parlamentdə keçirilən səsvermədə “baş nazirin vəzifədən azad edilməsini çətinləşdirən qanun layihəsi” qəbul edilib.