Castin Trudo Kanadaya rəsmi səfər edən Co Baydenlə görüşüb

Kanadanın baş naziri Castin Trudo paytaxt Ottavada ABŞ prezidenti Co Baydenlə görüşüb.

1964810
Castin Trudo Kanadaya rəsmi səfər edən Co Baydenlə görüşüb
londra netanyahu protesto1.jpg
londra netanyahu protesto.jpg

Kanadanın baş naziri Castin Trudo paytaxt Ottavada ABŞ prezidenti Co Baydenlə görüşüb.
Castin Trudo Kanadaya rəsmi səfər edən ABŞ prezidenti Co Baydeni parlament binasında qəbul edib.

ABŞ ilə iqtisadi məsələlər və iqlim dəyişikliyi ilə mübarizəylə yanaşı,dəyişən geosiyasət kontekstində təhlükəsizlik sahəsində  əməkdaşlıq etdiklərini bildirən Castin Trudo deyib: “Bizim ABŞ-dan daha böyük dostumuz və müttəfiqimiz yoxdur”.

Kanadanın şimal sərhədində olduqları üçün özlərini şanslı hiss etdiklərini ifadə edən Bayden bu ölkə ilə eyni dəyərləri paylaşdıqlarını vurğulayıb. "Biz vaxtaşırı bəzi məsələlərdə razılaşmırıq, lakin paylaşdığımız demokratik dəyərlər arasında demək olar ki,  fərq yoxdur və bu, həqiqətən də böyük fərq yaradır",-deyə Co Bayden vurğulayıb.
Qeyd edək ki, daha sonra liderlərin ikitərəfli görüşü olub.



Әlaqәli Xәbәrlәr