ABŞ-da anti-semitizm halları 2022-ci ildə ən yüksək həddə çatıb
TRT xəbər verir ki, ABŞ-ın yəhudi təşkilatlarından “İnkar və Diffamasiyaya Qarşı Birlik” (ADL) bu barədə açıqlama yşayıb.
1964696

Bildirib ki, 2022-ci ildə ABŞ-da 3 min 697 anti-semitizm hadisəsi qeydə alınıb. Bu da 1979-cu ildən bəri qeydə alınan “ən yüksək nisbət” hesab edilir. 2021-ci ilə müqayisədə isə 36% artdığı göstərir.
Açıqlamada həmçinin qeyd edilib ki, anti-semitizm hadisələrinin ən çox olduğu ştat 580 hadisə ilə Nyu-York ilk sırada iştirak edir. Bu ştatı 518 hadisə ilə Kaliforniya, 408 hadisə ilə Nyu-Cersi, 269 hadisə ilə Florida və 211 hadisə ilə Texas izləyib.