İranın İngiltərə, Fransa və Almaniyanın yüksək səviyyəli diplomatları ilə görüşü olub

İran ilə İngiltərə, Fransa və Almaniyanın yüksək səviyyəli diplomatları Osloda görüş keçiriblər.

1963743
İranın İngiltərə, Fransa və Almaniyanın yüksək səviyyəli diplomatları ilə görüşü olub

İran xarici işlər nazirinin müavini və baş müzakirəçi Əli Bağıri Norveçin paytaxtı Osloda nüvə razılaşmasının Avropa tərəfləri olan E3 kimi tanınan, İngiltərə, Fransa və Almaniyanın yüksək səviyyəli diplomatları ilə görüşdüyünü açıqlayıb.
Əli Bağıri "Twitter" hesabından etdiyi paylaşımda "Osloda E3 ölkələrinin Siyasi Direktorları ilə görüş keçirdik. Qarşılıqlı olaraq maraqlı və narahatlıq doğuran bir sıra mövzuları əhatəli şəkildə müzakirə etdik" deyib.

İranın "fikirlərini dəqiqləşdirmək və bəzi yanlış hesablamalara qarşı xəbərdarlıq etmək" üçün heç bir fürsəti əldən verməyəcəyini ifadə edən Əli Bağıri "Diplomatiya yolu da daxil olmaqla milli maraqlarımızı irəlilətməkdə qərarlıyıq" ifadələrindən istifadə edib. 

Əli Bağıri görüşün ötən ilin sentyabrında İran və ABŞ arasında həll edilməmiş fikir ayrılıqlarına görə dayandırılan nüvə danışıqlarına aid olub-olmadığını bildirməyib.



Әlaqәli Xәbәrlәr