Fransada tətillər davam edir
Fransada pensiya islahatına qarşı müxtəlif sektorlarda işləyənlər ölkə daxilində 9-cu dəfə kütləvi tətil keçirib.

Fransada pensiya islahatına qarşı müxtəlif sektorlarda işləyənlər ölkə daxilində 9-cu dəfə kütləvi tətil keçirib.
Fransa mətbuat orqanlarının yaydığı məlumata əsasən, enerji, nəqliyyat və təhsil daxil olmaqla bir sıra sektorda işləyənlər parlamentdən yan keçərək qəbul edilən pensiya islahatına etiraz edirlər.
Təmizlik işçilərinin tətili səbəbindən paytaxt Parisin küçələrində minlərlə ton zibil yığılıb, nəqliyyat sektorunda işləyən işçilərin tətili səbəbindən isə qatar və avtobusların hərəkətində fasilələr yaşanıb.
Bir çox neft emalı zavodlarında davam edən tətillər səbəbindən bütün ölkədə yanacaq qıtlığı yaşanıb.
40 rayonda yanacaqdoldurma məntəqələrinin təxminən 15 faizi “yanacaq çatışmazlığı” səbəbindən xidmət göstərə bilməyib.
Yanacaq qıtlığı səbəbindən bir çox rayonlarda stansiyaların qarşısında uzun avtomobil növbələri yaranmağa başlayıb.
Parisdə islahatlara etiraz etmək üçün küçələrə axışan nümayişçilər Ruasidəki Şarl de Qoll hava limanının girişini bağlayıblar.
Paris, Lion, Saint-Etienne, Rubaix və Nanterre şəhərlərində tələbələr bir çox universitetlərdə etiraz aksiyası keçiriblər.
Ölkədəki müəllimlərin 50 faizi tətillərdə qatılıb, Paris və ətrafdakı 40-dan çox liseydə şagirdlər etiraz etməyə başlayıb.
Lil və Sen-Nazer də daxil olmaqla bir çox şəhərdə nümayişçilər magistral yollarda və körpülərdə barrikadalar quraraq nəqliyyatın hərəkətini dayandırıblar.
Tətillər çərçivəsində Parisdəki muzeylər bağlanıb, Mülki Aviasiya Baş İdarəsi (DGAC) Parisdəki Orly hava limanında uçuşların 30 faizinin sabah və ertəsi gün üçün ləğv edilməsini tələb edib.
Müxalifət partiyalarının dəstəklədiyi tətillərdə etirazçılar hökumətdən islahatın həyata keçirilməməsini tələb edirlər.
Fransanın baş naziri Elisabet Borne yanvarın 10-da prezident Emmanuel Makronun seçki vədləri arasında yer alan pensiya islahatının həyata keçiriləcəyini açıqlamışdı.
Elisabet Borne ölkədə qanuni pensiya yaşının mərhələli şəkildə hər il 3 ay artırılacağını və 2030-cu ildə 64-ə qaldırılacağını söyləmişdi.
Qərardan sonra ölkə daxilində kütləvi etirazlar keçirilir.
Әlaqәli Xәbәrlәr

Tunisdə iki təyyarə qəzaya düşüb, ölənlər var
Tunisdə iki təyyarənin qəzaya uğraması nəticəsində 2 fransız turist ölüb, 2-si yaralanıb.