Əfqanıstan, Pakistan və Çilidə güclü zəlzələlər baş verib

Əfqanıstanın Hindikuş bölgəsində dünən axşam saatlarında baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində Pakistanda həyatını itirənlərin sayı 9-a çatıb, 160-dan çox adam da yaralanıb.

1963155
Əfqanıstan, Pakistan və Çilidə güclü zəlzələlər baş verib
pakistan deprem.jpg
afganistan deprem.jpg

Əfqanıstanın Hindikuş bölgəsində dünən axşam saatlarında baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində Pakistanda həyatını itirənlərin sayı 9-a çatıb, 160-dan çox adam da yaralanıb.

''Geo News'' telekanalının yaydığı məlumata əsasən, zəlzələ Əfqanıstanla sərhədə yaxın yerləşən Hayber Paxtunxva əyalətində də hiss olunub.

Təbii fəlakət nəticəsində Hayber-Paxtunxvada ölənlərin sayı 9 nəfərə  çatıb, 160-dan çox adam yaralanıb. Ölənlər arasında 2 qadın və 2 uşaq da var.

Məlumata əsasən, yeraltı təkanlar səbəbindən əyalətdəki 19 evə ziyan dəyib.

Əfqanıstanda da azı 3 nəfərin həyatını itirdiyi bildirilib.

Amerika Geoloji Xidmətinin yaydığı açıqlamada 6,5 ​​bal gücündə zəlzələnin episentrinin Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətinin Curm rayonu olduğu bildirilib.

Zəlzələ Pakistanın paytaxtı İslamabad, Lahor, Ravalpindi, Kvetta, Pişəvər və bir sıra şəhərində hiss olunub.

Cənubi Amerika ölkəsi Çilinin mərkəzində də 5,6 bal gücündə zəlzələ baş verib.

Çili Universitetinin Milli Seysmologiya Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 14:38-də  qeydə alınan yeraltı təkanların episentri Melipilla şəhəridir. Zəlzələnin ocağı 57 kilometr dərinlikdə qeydə alınıb. İtki və dağıntılar barədə məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr