Ukrayna Krımda baş verən partlayışla bağlı bəyanat yaydı

Ukrayna Krımın şimalındakı Canköy şəhərində baş verən partlayışda Rusiyaya məxsus qanadlı raketlərin məhv edildiyini açıqlayıb.

1962861
Ukrayna Krımda baş verən partlayışla bağlı bəyanat yaydı

Ukrayna Krımın şimalındakı Canköy şəhərində baş verən partlayışda Rusiyaya məxsus qanadlı raketlərin məhv edildiyini açıqlayıb.
Ukrayna Kəşfiyyatı GUR-dan verilən yazılı açıqlamada Krımın şimalındakı Canköy şəhərində partlayışın baş verdiyi bildirilib.
''Partlayış zamanı dəmir yolu ilə yanaşı, Rusiyanın “Kalibr” qanadlı raketləri də məhv edilib”,-deyə açıqlamada vurğulanıb.
Açıqlamada həmçinin  sözügedən raketlərin məhvetmə məsafəsinin quru hədəfləri üçün 2500 kilometrdən, dəniz hədəfləri üçün isə 375 kilometrdən çox olduğu qeyd edilib.



Әlaqәli Xәbәrlәr