Rusiya ABŞ ordusuna məxus casus təyyarəsinə müdaxilə edib
Rusiya Baltik dənizi üzərində ABŞ ordusuna məxus casus təyyarəsinin uçduğunu aşkar edib.

TRT xəbər verir ki bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat yayılıb. Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd “В-52Н” tipli qırıcısı Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən Baltik dənizində aşkar edilib və hadisədən dər hal sonra Qərb Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə bölmələrinin Su-35 təyyarəsi Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün havaya qalxıb. Xarici döyüş təyyarələri dövlət sərhədindən uzaqlaşdıqdan sonra təyarəmiz yenidən hava bazasına qayıdıb.
Rusiya döyüş təyyarəsinin hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara uyğun uçduğu qeyd edilən açıqlamada sərhəd pozuntularına icazə verilmədiyi vurğulanıb.
Әlaqәli Xәbәrlәr

Uçurumun kənarında 45 torbada insan cəsədi tapılıb
Meksikanın qərbindəki Qvadalaxara şəhərində uçurumun kənarında 45 torbada insan cəsədi tapılıb.