Krıma PUA ilə hücum edilib

Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımın Canköy şəhərinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

1962777
Krıma PUA ilə hücum edilib

Rusiyanın qeyri-qanuni şəkildə ilhaq etdiyi Krımın Canköy şəhərinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
Bu barədə Rusiyanın TASS xəbər agentliyi məlumat yayıb. Məlumata əsasən, dünən Krımın Canköy şəhərini hədəf alan PUA-lar Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Bir nəfər PUA parçaları ilə yaralanıb, həmçinin bir evə və marketə ziyan dəyib.  
Hücumdan sonra Canköydə fövqəladə vəziyyət elan edilib və hadisə ilə bağlı istintaq başladılıb.
Xatırladaq ki, Rusiya 2014-cü ilin 17 mart tarixində Krımı qeyri-qanuni şəkildə ilhaq edib.



Әlaqәli Xәbәrlәr