ABŞ Türkiyeyə minnətdarlığını bildirib

ABŞ Türkiye və BMT-yə Qara dəniz taxıl dəhlizi sazişinin müddətinin uzadılmasında göstərdikləri səylərə görə minnətdarlığını bildirib.

1962763
ABŞ Türkiyeyə minnətdarlığını bildirib

Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiye və Birləşmiş Millətlər Təşkilatına (BMT) Qara dəniz taxıl dəhlizi sazişinin müddətinin uzadılmasında göstərdikləri səylərə görə minnətdarlığını bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qara dəniz taxıl dəhlizi sazişinin müddətinin uzadılması istiqamətində göstərdikləri səylərə görə Türkiye və BMT-yə minnətdar olduqlarını ifadə edən Kirbi bunun sayəsində tonlarla qarğıdalı daşıyan gəmilərin müharibə səbəbindən ərzaq qıtlığı yaşayan aşağı və orta gəlirli ölkələrə gedə bildiyinə diqqət çəkib.

Çin dövlət başçısı Si Cinpini Ukraynadakı hücumlarını dayandırması üçün Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərməyə çağırdıqlarını deyən Kirbi qərar vermə mexanizmində Ukrayna olmadan atəşkəsin mümkün olmayacağını vurğulayıb.

Putinin ölkəsinin Ukraynada qeyri-qanuni ilhaq etdiyi Donetsk vilayətinin Mariupol şəhərinə səfərinə toxunan Con Kirbi Mariupolun döyüş meydanından uzaq bir bölgə olduğunu və Putinin bombaladıqları şəhərlərə gedərək vurduqları ziyanı görməsinə ümid etdiklərini bildirib. 

Rusiyanın hələ də Baxmuta nəzarəti ələ keçirə bilmədiyini qeyd edən Kirbi ABŞ-ın Ukraynaya 350 milyon dollarlıq əlavə sursat yardımı edəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr