İran Fransa polisinin aksiyaçılara müdaxiləsini tənqid edib

İran Fransada hökumətin pensiya islahatlarına qarşı keçirilən nümayişlərdə polisin aksiyaçılara müdaxiləsini pisləyib.

1962022
İran Fransa polisinin aksiyaçılara müdaxiləsini tənqid edib

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mövzu ilə bağlı verdiyi açıqlamada deyib: “Fransa polisinin etirazlara qarşı zorakılıq tətbiq etməsi bu ölkə hökumətinin demokratiya və ifadə azadlığı prinsiplərinə sadiq olmadığının göstəricisidir. Paris administrasiyasına insan haqları ilə bağlı iki üzlü siyasətdən imtina etməyi və zorakılıqlara son qoymağı tövsiyə edirik”.

Qeyd edək ki, hökumətin pensiya yaşını 2 il qaldıran qanun layihəsini səsvermədən qəbul etməsindən sonra martın 16-da başlayan və dünən də davam edən etirazlara təhlükəsizlik qüvvələri müdaxilə edib. Paris, Marsel, Bordo, Nant və Amyen başda olmaqla bir çox şəhərdə keçirilən etirazlarda nümayişçilərlə polis arasında şiddətli qarşıdurma yaşanıb. Etirazlar zamanı indiyədək 500-dən çox nümayişçi saxlansa da onlardan 283-ü bir müddət sonra sərbəst buraxılıb. Ölkədə pensiya islahatına reaksiyalar davam edərkən, hökumətə etimadsızlıq məsələsi Milli Assambleyada müzakirə olunacaq. Baş Assambleyada çoxluğa sahib olmayan hökumətin yıxılma ehtimalı var.

 

 



Әlaqәli Xәbәrlәr