“… Amma bunun əksi baş verir: Avropada daha çox NATO olacaq”
Finlandiyanın müdafiə naziri Antti Kaikkonen çıxışında İsveçin NATO üzvlüyü məsələsinə toxunaraq deyib...

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin Finlandiyanın NATO-ya üzvlük protokolunun Türkiyə Böyük Millət Məclisində (TBMM) ratifikasiya prosesinə başlaması qərarını alqışladıqlarını bildirib.
Y.Stoltenberq, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və müdafiə naziri Antti Kaikkönen Belçikanın paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdən əvvəl mətbuata birgə açıqlama veriblər.
Türkiyənin Finlandiyanın NATO-ya üzvlük protokolunun Türkiyə Böyük Millət Məclisində ratifikasiya prosesinə başlaması qərarını alqışladıqlarını bildirən Stoltenberq deyib: "Biz Finlandiyanın NATO-ya təsdiqi prosesində əldə edilən irəliləyişi təqdir edirik. Rusiya prezidenti Vladimir Putin Ukraynanı Avropada NATO-nu azaltmaq üçün işğal etdi. Amma bunun əksi baş verir: Avropada daha çox NATO olacaq”.
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da Türkiyənin qərarını alqışladıqlarını və eyni zamanda Macarıstan parlamentindən də təsdiq gözlədiklərini söyləyib.
Finlandiyanın müdafiə naziri Antti Kaikkonen çıxışında İsveçin NATO üzvlüyü məsələsinə toxunaraq deyib: "İsveçin də bizimlə eyni vaxtda üzv olacağına ümid edirdik, lakin bu, indi mümkün deyil. Nə qədər tez olsa, bir o qədər yaxşı olar. Ona görə də İsveçin NATO-ya mümkün qədər tez üzv olması üçün çox çalışmalıyıq".
Әlaqәli Xәbәrlәr

Uçurumun kənarında 45 torbada insan cəsədi tapılıb
Meksikanın qərbindəki Qvadalaxara şəhərində uçurumun kənarında 45 torbada insan cəsədi tapılıb.