Sergey Şoyqu ABŞ PUA-sını düşürən pilotları mükafatlandırdı

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qara dənizdə ABŞ-a məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının düşməsinə səbəb olan Rusiya döyüş təyyarələrinin pilotlarını mükafatlandırıb.

1961423

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Açıqlamada Sergey Şoyqunun ABŞ PUA-sının Rusiya sərhədlərini pozmasının qarşısını alan Su-27 təyyarəsinin pilotlarını mükafatlandırdığı bildirilib. Məlumatda deyilir ki, ABŞ-a məxsus MQ-9 tipli PUA-nın “müvəqqəti status zonası”nı pozaraq Qara dənizə düşüb.

ABŞ-ın Avropa Komandanlığı Rusiyaya məxsus  iki ''Su-27'' təyyarəsinin Qara dənizdə ABŞ-a aid MQ-9 pilotsuz uçuş aparatının qarşısına almağa cəhd etdiyini, təyyarələrdən birinin ''MQ-9''a çırpılması nəticəsində PUA-nın beynəlxalq sulara düşdüyünü bildirmişdi.

Rusiya Müdafiə Nazirliyi isə Rusiya təyyarələrinin silahdan istifadə etmədiyini və PUA ilə təmas qurmadığını, kəskin manevr nəticəsində amerika PUA-nın hündürlüyü itirərək nəzarətsiz uçuşa çıxdığını və su səthinə çırpıldığını açıqlamışdı.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və ABŞ müdafiə naziri Lloyd Ostin martın 15-də PUA-nın vurulması məsələsini müzakirə edtmişdi.

Әlaqәli Xәbәrlәr