Parisdə Polis İdarəsi təmizlik işçilərini işə çıxmağa məcbur edib

Parisdə Polis İdarəsi şəhərdəki minlərlə ton zibilin xalq sağlamlığını təhdid etdiyi səbəbiylə tətil edən təmizlik işçilərini işə çıxmağa məcbur etməyə başlayıb.

1961291
Parisdə Polis İdarəsi təmizlik işçilərini işə çıxmağa məcbur edib

Fransanın paytaxtı Parisdə Polis İdarəsi şəhərdəki minlərlə ton zibilin xalq sağlamlığını təhdid etdiyi səbəbiylə tətil edən təmizlik işçilərini işə çıxmağa məcbur etməyə başlayıb.

Daxili işlər naziri Gerald Darmanin Fransanın RTL radiosunda Paris bələdiyyəsinin zibil yığınlarını təmizləmək üçün tədbir görməməsindən sonra polis rəisinə tətil edən işçilərin bəziləri üçün “məcburi işə çıxarma” prosedurunu həyata keçirməyi tapşırdığını bildirib.

Darmanin səhər saatlarından prosedurun tətbiq olunduğunu və polisin seçdiyi şəxslərin zibilləri təmizləməyə başladığını bildirib.

Qeyd edək ki, Fransada “məcburi işə çıxarma” proseduruna əsasən, dövlət qulluğunun davamlılığını və ya cəmiyyətin ehtiyaclarını ciddi şəkildə pozan tətil zamanı bəzi işçilər işə qayıtmağa məcbur edilə bilər. Buna etiraz edən işçilər 6 aya qədər həbs və 10 min avro cərimələnə bilər.

Parisdə təmizlik işçiləri hökumətin pensiya yaşını mərhələli şəkildə 62-dən 64-ə qaldırmağı hədəflədiyi və yanvar ayından bu yana ölkə daxilində 8 dəfə kütləvi tətillərə səbəb olan islahat əleyhinə bu ayın əvvəlində tətilə çıxıblar.

Hökumət isə Paris küçələrindəki zibil qalaqlarına görə bələdiyyənin məsuliyyətli olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr