Nikolaus Meyer-Landrut: ''Aİ Türkiyeyə dəstək verməyə davam edəcək''
Avropa İttifaqının (Aİ) Türkiyedəki Nümayəndəliyinin rəhbəri səfir Nikolaus Meyer-Landrut Türkiyedə baş verən fəlaqətlərlə əlaqədar bu ölkəyə dəstək verməyə davam edəcəklərini deyib.

Avropa İttifaqının (Aİ) Türkiyedəki Nümayəndəliyinin rəhbəri səfir Nikolaus Meyer-Landrut Türkiyedə baş verən fəlaqətlərlə əlaqədar bu ölkəyə dəstək verməyə davam edəcəklərini deyib.
Jurnalistlərə bəyanatlar verən Landrut fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində dağıdıcı fəlakətin yaşandığını xatırladıb.
Kahramanmaraşda təbii fəlakətin səbəb olduğu mənzərəni həyatının heç bir dövründə görmədiyini ifadə edən Nikolaus Meyer-Landrut deyib:"Küçələrdən dağılmış evləri görə bilərsiniz. Bunu başa düşmək və qavramaq həqiqətən çətindir".
Nikolaus Meyer-Landrut Türkiyenin yanında olmağa davam edəcəklərini vurğulayıb.
Nikolaus Meyer-Landrut Aİ-nin dönəm sədrliyini davam etdirən İsveçin baş naziri Ulf Kristerssonun rəhbərliyi ilə Belçikanın paytaxtı Brüsseldə donorlar konfransı təşkil ediləcəyini və beləliklə, Türkiyeyə daha çox beynəlxalq dəstək vermək istədiklərini ifadə edib.