Fransada mübahisəli pensiya islahatına qarşı kütləvi etirazlar davam edir

Fransanın paytaxtı Parisdə pensiya yaşının mərhələli şəkildə 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatına qarşı keçirilən etiraz aksiyalarında 120 nəfər saxlanılıb.

1960997
Fransada mübahisəli pensiya islahatına qarşı kütləvi etirazlar davam edir
fransa protesto.jpg

Fransanın paytaxtı Parisdə pensiya yaşının mərhələli şəkildə 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatına qarşı keçirilən etiraz aksiyalarında 120 nəfər saxlanılıb.
Fransanın Baş naziri Elizabet Bornenin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahatla bağlı açıqlamasından sonra Parislə yanaşı ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilib.
İslahat əleyhinə olan minlərlə insan Parisdəki Milli Məclisin yaxınlığındakı Konkord meydanında toplaşıb. Polislə nümayişçilər arasında gərgin anlar yaşanıb.
Nümayişçilər avtomobilləri və günlərlə Paris küçələrində təmizlik işçilərinin tətili nəticəsində yığılan zibilləri yandırıblar.
Nümayişlər zamanı 120 nəfərin saxlanıldığı bildirilib.
Yerli media orqanlarını yaydığı məlumatına görə, Nant, Lion və Renn şəhərlərinin küçələrində gərginlik yaşanır.



Әlaqәli Xәbәrlәr